27 oktyabr 2024. Bazar günü

Mahir Emreli ilə birlikdə çox təhlükəli ola bilərik - Pekqart


Mahir Emreli ilə birlikdə çox təhlükəli ola bilərik - Pekqart

"Avropa çempionatında Çexiya yığmasının heyətində olduğum üçün komandanın matçlarını çox izləyə bilmirdim. Bunun üçün çalışdım, amma internet zəif olanda bu, elə də asan deyil".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Legiya"nın futbolçusu Tomaş Pekqart klubun rəsmi saytına müsahibəsində deyib.

AVRO-2020-dən sonra Varşava təmsilçisinin düşərgəsinə qoşulan 32 yaşlı hücumçu millimizin üzvü Mahir Emrelinin "Legiya"ya keçidi üçün sevindiyindən danışıb: "Bilirdim ki, klub qol vura biləcək birini axtarır. Çünki əvvəllər bu məsuliyyət daha çox mənim üzərimdə idi. Hücumda bir forvarda güvənməmək vacib idi. Bu, rəqiblərin işini daha da asanlaşdırır. Çünki hücumçunun qarşısını alırlar və beləliklə təhükəni əhəmiyyətli dərəcədə zərərləşdirirlər. Mövsüm davam etdikcə daha çox çətinlik çəkirdim. Çünki həmişə 3-4 müdafiəçiyə qarşı oynayırdım. Yəqin indi də belə olacaq, amma artıq məndən başqa Mahir Emreli də var.Birlikdə çox təhlükəli ola bilərik. O, hələ gəncdir və futbol karyerasının başlanğıcındadır".







Xəbər news