16 dekabr 2025. Çərşənbə axşamı

Məni Azərbaycanla oyunda yaxşı qol vurduqdan sonra aldılar


Məni Azərbaycanla oyunda yaxşı qol vurduqdan sonra aldılar

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ole-Qunnar Şulşer futbolçu olduğu dönəmdə "qırmızı şeytanlar"a transferi haqqında danışıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis müsahibəsində 1996-cı ildə Norveç "Molde"sində çıxışındakı performansını diqqətə çatdırıb.

Şulşer, Mançester təmsilçisinə keçidinin həmin il Norveç yığmasının heyətində Azərbaycan millisinə qarşı keçirdiyi oyundan sonra reallaşdığını bildirib: "Mançester Yunayted'ə keçidim Azərbaycanla matçdan sonra baş verdi.Ədalətli olmaq lazımdırsa, həmin matçda iki yaxşı qol vurdum. Biri çox gözəl idi. "Mançester Yunayted"in köməkçi-məşqçisi Cimmi Rayan həmin oyunda tribunada idi və Ronni Yonseni izləyirdi və eyni zamanda hücumçu axtaran "Vulverhempton"un meneceri Mark McGhin yanında oturmuşdu.Həyatımı dəyişəcək hadisələr həmin gün başladı".

Qeyd edək ki, Norveç millisi 1996-cı il iyunun 2-də dünya çempionatının seçmə oyununda Azərbaycan yığmasına 5:0 hesabı ilə qalib gəlib.







Xəbər news