- Xəbər news
- 22:11 05.12.2025
Şotlandiyanın “Aberdin” klubu 1978-1986-cı illərdə komandanı çalışdırmış Aleks Ferqyusona heykəl qoyacaq.
Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 79 yaşlı sabiq baş məşqçinin bürünc heykəli “Aberdin”in stadionunun ərazisində qoyulacaq.
Ferqyuson “Aberdin”lə 1979/1980 mövsümündə Şotlandiya çempionatının qalibi olub. Şotland mütəxəssis 1986-2013-cü illər aralığında isə İngiltərənin “Mançester Yunayted” komandasını çalışdırıb.