- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Ukrayna Premyer Liqasında 2-ci turun oyunları keçirilir.
Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Aleksandriya”nı qəbul edib. Futbolçularımızın komandası bu oyundan minimal hesablı qələbə ilə ayrılıb – 1:0.
Eldar bu oyuna start heyətdə başlayıb və 77-ci dəqiqədə əvəzlənib. Rüstəm isə 69-cu dəqiqədə meydana buraxılıb.
İki turdan sonra 3 xalı olan “Minay” 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.