Futbol üzrə Moldova çempionatında 4-cü turun oyunları keçirilir.
Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı formasını geyindiyi “Dinamo-Avto” da bu gün növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Balti"ni qəbul edib.
Futbolçumuzun komandası bu oyundan darmadağın olub – 1:4. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 4 oyunda 4 xal toplayıb və 8 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.