27 mart 2026. Cümə

Solaridən daha bir antirekord


Solaridən daha bir antirekord
İspaniya La Liqasının son turunda Barcelona-ya 0:1 hesabı ilə məğlub olan Real Madrid-in baş məşqçisi Santyaqo Solari, “el klasiko”nun tarixinə keçib.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis, Barcelona-ya qarşı keçirdiyi ilk 3 oyunun heç birində qalib gələ bilməyib. Bu baxımdan ilk olan argentinalı mütəxəssis, “el klasiko”ların tarixinə düşüb.

İspaniya kral kubokunun yarımfinal mərhələsinin ilk oyununda Kataloniya təmsilçisi ilə 1:1 hesablı bərabərliyə razılaşan “kral klubu”, cavab matçında 0:3 hesabı ilə məğlub olub.

La Liqanın son turunda da Barcelona-ya məğlub olan Real-ın baş məşqçisi Solari, 1987-ci ildən bəri ən pis “el klasiko” başlanğıcı edən baş məşqçi olub.






Xəbər news