3 fevral 2026. Çərşənbə axşamı

Krivotsyuk'un komandası yenə uduzdu


Krivotsyuk'un komandası yenə uduzdu
Futbol üzrə Polşa çempionatında 2-ci turun oyunları keçirilib. 

Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plok) növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Qdansk “Lexiya”sının qonağı olub. Futbolçumuzun komandası bu oyunda minimal hesablı məğlubiyyətlə üzləşib – 0:1.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.
 
“Visla” 2 turdan sonra hələ xal toplaya bilməyib və 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO