- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycanlı iş adamı Nəsib Piriyevin rəhbərliyində yer aldığı “PAİ Capital” şirkəti İngiltərənin “Vest Hem” klubunu almaq istəyir.
Corner.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Məlumatda, “PAİ Capital” şirkətinin London klubunun səhmləri üçün 400 milyon funt-sterlinq ödəməyə hazır olduğu vurğulanıb.
Şirkət rəhbərliyinin belə istəyi birbaşa Piriyev amili ilə bağlıdır. “PAİ Capital”ın idarəetmə tərəfdaşı olan Piriyev “Vest Hem” azarkeşidir. O, 1986-cı ildən bu komandaya fanatlıq edir.
Piriyev həm də “PNN Group” və “AzMeCo”nun təsisçilərindən biridir.