Futbol üzrə Çexiya 2-ci divizionunda 3-cü turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Pribram”la üz-üzə gəlib. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 81-ci dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə fərqlənməklə komandasının ilk qoluna imza atıb.
3 turdan sonra 3 xala malik “Viktoriya” 11-ci pillədə qərarlaşıb.