- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Portuqaliya çempionatında 2021/22 mövsümünə start verilib.
Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Santa Klara”nı qəbul edib. Futbolçumuzun komandası bu oyundan minimal hesablı qələbə ilə ayrılıb – 1:0.
Renat da bu görüşün iştirakçısı olub. O, 87-ci dəqiqədə meydana buraxılıb və yeni komandasında rəsmi debüt edib.