3 fevral 2026. Çərşənbə axşamı

Krivotsyuk'un komandasından ilk qələbə


Krivotsyuk'un komandasından ilk qələbə

Futbol üzrə Polşa çempionatında 3-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plok) növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Radomiak Radom”u qəbul edib. Futbolçumuzun komandası bu oyundan minimal hesablı qələbə ilə ayrılıb – 1:0. Bununla da sözügedən komanda yeni mövsümdəki ilk qələbəsini qazanıb.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Visla” 3 turdan sonra 3 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO