- Xəbər news
- 01:00 22.01.2026
Portuqaliyanın "Benfika" klubu rəsmi tvitter səhifəsinin adını müvəqqəti olaraq dəyişib.
Corner.az xəbər verir ki, Lissabon təmsilçisi bu addımı Rusiyanın "Spartak" (Moskva) klubuna qarşı UEFA Çempionlar Liqasının cavab oyununda qol vuran ukraynalı hücumçu Roman Yaremçukun şərəfinə atıb.
Azarkeşlər sosial şəbəkələrdə aktivlik göstərərək, klubdan 26 yaşlı futbolçunun şəkilini paylaşmağı tələb ediblər. Bu tələb sonda tvitter səhifəni adının dəyişdirilərək "Benfikaçuk" adlanması ilə nəticələnib
Qeyd edək ki, görüş portuqaliyalıların 260 hesablı qələbəsi ilə başa çatıb. Yaremçuk matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə fərqlənsə də, qol "Spartak"ın müdafiəçisi Samuel Jiqonun passivinə yazılıb.