3 fevral 2026. Çərşənbə axşamı

Ronaldinyo'dan Messi'nin PSJ-yə keçidi haqda: Çempionluğun iyisini hiss edirəm


Ronaldinyo'dan Messi'nin PSJ-yə keçidi haqda: Çempionluğun iyisini hiss edirəm

PSJ və "Barselona”nın sabiq futbolçusu Ronaldinyo argentinalı hücumçu Lionel Messinin PSJ-yə keçidi haqqında fikirlərini bölüşüb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı keçmiş yarımmüdafiəçi şəxsi "İnstaqram" hesabında  Messinin Paris təmsilçisi ilə müqavilə imzalamasını belə şərh edib:

“PSJ və “Barselona”da oynadığım və indi dostumun onlardan bu formanı geyinməsini görmək məni çox xoşbəxt edir. Leo, xoşbəxt anların çox olsun!

Əlavə olaraq Serxio Ramosun da PSJ-yə keçməsinə çox sevindim. Çempionluğun iyini hiss edirəm”.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO