- Xəbər news
- 21:58 14.03.2026
“Monako”nun futbolçusu Sesk Fabreqas Lionel Messinin PSJ-yə keçidini dəyərləndirib.
Corner.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi, “Barselona”da birgə çıxış etdiyi argentinalı hücumçu ilə bağlı bunları deyib:
“Messi üçün kədərlənirəm. Çünki o, “Barselona”da qalmaq istəyirdi. Bundan sonra “Barselona”nı onsuz izləmək çətin olacaq.
Messini Parisdə görməkdən çox məmnunam. Bundan sonra mübarizə daha maraqlı olacaq. Liqa 1 Messi ilə böyüyəcək”.