- Xəbər news
- 22:34 14.11.2024
Argentina Futbol Federasiyası Lionel Messinin milli komandanın heyətində zədə almaması üçün maraqlı addım atıb.
Corner.az xəbər verir ki, ölkə federasiyası martın 26-da Mərakeş millisi ilə keçirəcəkləri görüşdə Lionel Messinin zədə almaması üçün tədbir görüb.
Mərakeş futbol federasiyasına müraciət edən Argentina futbolçuların Messiyə qarşı ehtiyatlı oynamasını istəyib. İki federasiya arasında razılıq əldə edilib. Razılaşmaya əsasən, Lionel Messi Mərakeşlə görüşdə azı 60 dəqiqə meydanda olacaq.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2018-ci ildə Rusiyada keçirilən Dünya Çempionatından sonra milli komandaya ilk dəfə çağrılıb.
"Open.az"