- Xəbər news
- 21:58 14.03.2026
“Barselona”dan ayrılaraq PSJ ilə müqavilə imzalayan Lionel Messi İspaniyanın “El Pais” nəşrinə müsahibə verib.
Corner.az xəbər verir ki, 34 yaşlı hücumçu, son illərdə ulduz futbolçuların La Liqanı tərk etməsi ilə bağlı fikirlərini bildirib:
“La Liqada vacib olan komandalardır. “Barselona”, “Real”, “Sevilya”, “Valensiya” və “Atletiko” hələ də böyük klublardır. Futbolçular getsə də, klublar qalır. La Liqa məncə hələ də böyükdür.
Məndən əvvəl də bir çox ulduz futbolçular İspaniyanı tərk etmişdi, ancaq klublar nəticə əldə etməyə davam etdilər. Bu vəziyyət “Real” və “Barselona”ya təsir edəcək, ancaq onlarda bir neçə ildən sonra hər şey yoluna düşəcəyinə inanıram. Böyük oyunçular İspaniya futboluna geri qayıdacaq”.