- Xəbər news
- 21:58 14.03.2026
Fransanın PSJ klubunun yeni transferi Lionel Messinin "Barselona" ilə vidalaşarkən göz yaşlarını sildiyi salfet hərraca çıxarılıb.
Corner.az "Mercado Libre" saytına istinadən xəbər verir ki, salfetə 1 milyon ABŞ dolları qiymət qoyulub.
Argentinalı futbolçu avqustun 8-də təşkil olunmuş mətbuat konfransında çıxış edərkən göz yaşlarını saxlaya bilməyib. 34 yaşlı hücumçu təqribən 1 dəqiqə sonra özünə gəlib.
Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə bağlayıb.