- Xəbər news
- 21:58 14.03.2026
Futbol üzrə Polşa çempionatında 4-cü turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Pyast”ın qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 3:4.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 38-ci dəqiqədə Anton vurub.
“Visla” 4 turdan sonra 3 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.