24 mart 2026. Çərşənbə axşamı

Mahir Emreli oynadı, komandası qələbə qazandı


Mahir Emreli oynadı, komandası qələbə qazandı

Futbol üzrə Polşa çempionatında 4-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Varta”nın qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 75-ci dəqiqədə meydana buraxılıb.

Dörd turdan sonra 6 xalı olan “Legiya” 18 komanda arasında 6-cı pillədə qərarlaşıb. Varşava təmsilçisinin ehtiyatda da bir oyunu var.







Xəbər news