28 noyabr 2024. Cümə axşamı

Azərbaycanlı futbolçular üçün heç-heçə


Azərbaycanlı futbolçular üçün heç-heçə

Futbol üzrə Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Zarya”nın qonağı olub. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Rüstəm bu oyuna start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib. Eldar da məhz həmin dəqiqədə digər komanda yoldaşının əvəzində meydana buraxılıb.

Dörd turdan sonra 4 xalı olan “Minay” 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir