- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Çexiya 2-ci divizionunda 4-cü turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Sparta Praqa"nın ikinci komandasıyla üz-üzə gəlib. Jijkov təmsilçisi bu oyundan darmadağınlı qələbə ilə ayrılıb – 3:0.
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 86-cı dəqiqədə əvəzlənib.
4 turdan sonra 6 xala malik “Viktoriya” 5-ci pillədə qərarlaşıb.