10 dekabr 2025. Çərşənbə

Nuriyev üçün 27 dəqiqə və 1 xal


Nuriyev üçün 27 dəqiqə və 1 xal

Futbol üzrə Ukrayna Premyer Liqasının 4-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Lvov “Rux”u qəbul edib. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.

Oyuna start heyətdə başlayan Anatoli Nuriyev ilk hissədə zədələndiyi üçün 27-ci dəqiqədə əvəzlənib.

“Kolos” 4 turdan sonra 5 xalla 8-ci pillədə qərarlaşıb.







Xəbər news