- Xəbər news
- 22:34 14.11.2024
Barcelona'nın prezidenti Josep Bartomeu növbəti dəfə PSG-nin futbolçusu Neymarın transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Corner.az xəbər verir ki, klub rəhbəri ESPN-ə açıqlamasında artıq Neymarın boşluğunu dolduran futbolçuya sahib olduqlarını deyib: “Bu barədə bəli və ya yox deyə bilmərəm. Yalnız deyə bilərəm ki, Neymarın satışından əldə etdiyimiz pulu gələcək üçün sərf etdik. Gənc futbolçular aldıq. Dembele və Coutinhonu komandamıza cəlb etdik. Fikrimcə, Dembele Neymardan güclüdür. Oyunundan çox razıyıq”.
Qeyd edək ki, Neymar 2017-ci ildə Barcelona'dan Paris təmsilçisinə 222 milyon avroya transfer olunub.(qol)