- Xəbər news
- 22:34 14.11.2024
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Belarus futbol tarixinin rəmzi komandasını açıqlayıb.
Corner.az-ın məlumatına görə, ən yaxşı "11-lik"də Azərbaycanda oynamış iki futbolçu da yer alıb.
Bunlar "Neftçi"in sabiq yarımmüdafiəçisi Aleksandr Prokopenko və "İnter"də (hazırkı "Keşlə) çıxış etmiş Valentin Belkeviçdir.
Qeyd edək ki, Prokopenko 1987-ci ildə "Neftçi"nin şərəfini qoruyub. Belkeviç isə 2008 - 2009-cu ildə "İnter"də çıxış edib.