- Xəbər news
- 22:34 14.11.2024
Almaniyanın "Şalke" klubunun II komandasına keçən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubu ilə vidalaşıb.
Corner.az-ın məlumatına görə, 30 yaşlı hücumçu bu barədə şəxsi "İnstaqram" hesabından yazıb.
Təcrübəli forvard Arizona təmsilçisində ona dəstək olan hər kəsə təşəkkür edib: "Klubla və insanlarla keçirdiyim 2 il həqiqətən möhtəşəm idi. Məni qardaş kimi qarşıladınız. Bunu heç vaxt unutmayacağam. Bu təcrübəni yaşadığım üçün sizə minnətdaram. Mənim üçün etdiyiniz hər şeyi çox yaxşı qiymətləndirirəm. Həyatımdan həmin anlar heç vaxt unudulmayacaq. "Finiks Rayzinq"ə hər şeyin ən yaxşısını arzulayıram".
Qeyd edək ki, Rüfət Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da çıxış edib.