Manchester United'lə 10 min dəfə də oynasaq, uduzmarıq" - PSG-nin prezidenti
"Təbii ki, nəticəyə görə məyusam. İlk görüşdə yaxşı oynadıq. Bu oyunda isə 72 faiz topa sahib olduq. Ancaq əlavə vaxtda qapımıza penalti təyin edildi. Bunu başa düşmürəm".Corner.az xəbər verir ki, bu sözləri PSG-nin prezidenti Nasser Əl-Xəlafi Çempionlar Liqasının 1/8 finalının Manchester United'lə cavab oyunundan sonra "L'Équipe"ə açıqlamasında deyib. Klub rəhbəri məğlubiyyətə layiq olmadıqlarını bildirib: "Paltardəyişmə otağında hamı çox üzgün idi. Bütün komanda şokdadır. Bu, futboldur, riyaziyyat deyil. Bundan sonra Manchester United'lə 10 min dəfə də oynasaq, uduzmarıq. Futbolçulara irad bildirmədim. Onlar hamısı meydana qələbə üçün çıxmışdı". Xatırladaq ki, PSG, evdə Manchester United'ə 1:3 hesablı məğlubiyyətlə mübarizəni dayandırıb.