- Xəbər news
- 22:34 14.11.2024
Bakıda "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda zədələnən Şotlandiya "Aberdin"inin futbolçusu Endryu Konsidaynın son durumuna aydınlıq gəlib.
Corner.az xəbər verir ki, matçın 13-cü dəqiqəsində dizindən ciddi zədələnən və Conni Heyslə əvəzlənən 34 yaşlı müdafiəçi ili vaxtından əvvəl başa vurub.
Qeyd edək ki, qarşılaşma Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab görüşü avqustun 26-da Aberdində olacaq.