4 may 2026. Bazar ertəsi

Namik Ələskərov Türkiyə çempionatının ən dəyərli futbolçuları arasında


Namik Ələskərov Türkiyə çempionatının ən dəyərli futbolçuları arasında

Futbol üzrə Türkiyə I liqasında 2021/2022 mövsümünün ən dəyərli futbolçularının siyahısı açıqlanıb.

Corner.az-ın məlumatına görə, ən bahalı "20-lik"də bir müddət əvvəl "Neftçi"dən "Bursaspor"a keçən Namik Ələskərov da yer alıb.

750 000 avro məbləğində qiymətləndirilən 26 yaşlı yarımmüdafiəçi 17-ci pillədə qərarlaşıb. Siyahıya Bursa təmsilçisinin ümumilikdə 6 oyunçusuna yer verilib.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı