27 oktyabr 2024. Bazar günü

Krivotsyuk oynadı, komandası darmadağınla qalib gəldi


Krivotsyuk oynadı, komandası darmadağınla qalib gəldi

Futbol üzrə Polşa çempionatında 5-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Zaqlenbe” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan darmadağınlı qələbə ilə ayrılıb – 4:0.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Visla” 5 turdan sonra 6 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.







Xəbər news