- Xəbər news
- 22:34 14.11.2024
Fransalı mütəxəssis Zinəddin Zidan xeyirxah addım atıb.
Corner.az xəbər verir ki, hazırda işsiz olan 49 yaşlı mütəxəssis, Əlcəzairdə meşə yanğınları zamanı əhaliyə dəymiş zərərin ödənilməsi üçün 2 milyon avro bağışlayıb. Bu barədə “Shoot Africa” nəşri məlumat yayıb.
Əlcəzairdə baş verən meşə yanğınları nəticəsində 65 nəfər dünyasını dəyişib.
Fransanın Marsel şəhərində anadan olan Zidanın valideynləri Əlcəzairdəndir. Onlar 1953-cü ildə bu ölkədən Fransaya miqrasiya edib.