- Xəbər news
- 22:34 14.11.2024
İtaliyanın "Milan"ın futbolçusu Zlatan İbrahimoviç haqqında çəkilmiş "Mən Zlatanam" adlı filmin premyerası təxirə salınıb.
Corner.az-ın məlumatına görə, bu barədə 39 yaşlı hücumçu sosial şəbəkə hesabında yazıb.
İsveçli futbolçu, treylerin ilkin nümayişinin 2022-ci il yanvarın 14-də olacağını açıqlayıb.
Premyera əvvəlcə sentyabrın 10-na planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən çəkilişlər gecikib.
Treylerdə İbrahimoviçin gənclik dövründən formalaşmağa başlaması əksini tapıb.
Qeyd edək ki, Zlatan İbrahimoviç İsveç "Malmö"sünün (1999 - 2001) yetirməsidir. O, daha sonra Niderlandın "Ayaks", İtaliyanın "Yuventus", "İnter" və "Milan", İspaniyanın "Barselona", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və ABŞ-ın "Los-Anceles Qelaksi" komandalarında oynayıb. 2001 - 2016-cı illərdə İsveç yığmasının formasını geyinmiş İbrahimoviç ötən mövsüm "Milan"a qayıdıb