- Xəbər news
- 22:34 14.11.2024
Avropanın "Top-5" liqalarında yer alan futbol klubları koronavirusa görə oyunların azarkeşsiz keçirilməsi səbəbindən 2,5 milyard avro gəlirdən məhrum olub.
Corner.az-ın məlumatına görə, bu barədə KPMG auditor şirkəti araşdırma aparıb.
2020-ci ilin martından yarışlar pandemiya ucbatından dayandırılıb və yenidən davam edən çempionatlar boş tribunalar önündə oynanılıb.
Qeyd edək ki, İngiltərə, Fransa, İspaniya, İtaliya və Almaniyada 2020/2021 mövsümü demək olar ki, azarkeşsiz keçirilib. Bu isə zərərin 2 milyard avrodan çox olmasını təmin edib.