27 oktyabr 2024. Bazar günü

Ronaldo klubunu dəyişsə, daha yaxşı olar


Ronaldo klubunu dəyişsə, daha yaxşı olar

Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov maraqlı açıqlama verib.

Corner.az xəbər verir ki, Rusiya mətbuatına danışan 32 yaşlı dağıstanlı idmançı, “Yuventus”un futbolçusu Kriştiano Ronaldonun klubunu dəyişməli olduğunu deyib:

“Ronaldo klubunu dəyişsə, düşünürəm daha yaxşı olar. “Yuventus” azarkeşləri ilə bağlı heç bir pis fikrim yoxdur.

Ronaldo PSJ-yə keçsin? Xeyr. Bu komandada kifayət qədər öz sözünü deyən ulduz futbolçular var. Ronaldo karyerasının sonlarına yaxın İngiltərədə çıxış etsə, maraqlı olardı”.







Xəbər news