27 oktyabr 2024. Bazar günü

Taliban qruplaşması atamı öldürüb - PSJ-nin futbolçusu


Taliban qruplaşması atamı öldürüb - PSJ-nin futbolçusu

Fransanın PSJ klubunun Əfqanıstan əsilli danimarkalı qadın futbolçusu Nadiya Nadim ölkəsindəki vəziyyət haqqında fikirlərini bölüşüb.

Corner.az  xəbər verir ki, 33 yaşlı hücumçu "BT" nəşrinə açıqlamasında 21 əvvəl "Taliban"a görə ölkədən qaçdıqlarını bildirib.

Nadiya həmin quruplaşmanın anidən hakimiyyəti ələ aldığını qeyd edib: "Anlamaq çox çətindir. Hazırda düşüncələrim ölkədəki bütün qadınlarla bağlıdır. Gələcəkdə onları nələrin gözlədiyini bilmirəm".

Nadim atasının daha əvvəl məhz "Taliban" tərəfindən öldürüldüyü sözlərini də əlavə edib: "O, futbolu sevirdi. Bizə ilk dəfə futbol topu alıb. Çox gözəl insan idi. Amma təəssüf ki, "Taliban" tərəfindən öldürüldü".







Xəbər news