- Xəbər news
- 01:00 22.01.2026
Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən PSG - Manchester United oyununda qonaqların qazandığı penalti uzun müzakirələrə səbəb olub.
Corner.az xəbər verir ki, fransızlar rəqibin məhz yanlış təyin edilmiş penalti sayəsində mərhələ adladıqlarını düşünürlər.
Artıq UEFA da sloveniyalı baş hakim Damir Skominanın qərarına qiymət verib. Qitə futbol qurumu referinin nəyə görə penalti təyin etdiyinə aydınlıq gətirib: "Videoassistent bir neçə kadrdan epizodu müəyyən etməyə çalışdı. Oyunun dinamikası baş hakimin vəziyyəti düzgün görməsini əngəlləyirdi. O, VAR-a baxaraq qərar verməyi üstün tutdu. Baş hakimin qənaətincə, zərbə vuran oyunçu ilə müdafiəçi arasında məsafə qısa deyildi və zərbə də gözlənilməz olmadı. Bu üzdən müdafiəçinin əlini bədəninə birləşdirmək üçün vaxtı var idi. Nəticədə qapıya ünvanlanan topun qarşısını əllə kəsdi. Buna görə də, baş hakim qaydanın pozulduğu qənaətinə gəldi".
Qeyd edək ki, evdə 0:2 hesabı ilə uduzan Manchester United səfərdə qazandığı qalibiyyət (3:1) sayəsində 1/4 finala adlayıb.
"Goal.az"