- Xəbər news
- 01:00 22.01.2026
Arsenal klubu UEFA tərəfindən 15 min avro cərimələnib.
Corner.az xəbər verir ki, səbəb dekabrda UEFA Avropa Liqasının Qarabağ'la oyununun gec başlaması və meydana kənar şəxsin girməsi olub.
Həmin şəxs qondarma "Dağlıq Qarabağ" bayrağı ilə stadiona girməklə təxribata yol verib ki, bu da UEFA-nın meydan sahibi London klubunu cəzalandırması ilə nəticələnib.
Qeyd edək ki, həmin oyunda Arsenal 1:0 hesabıyla qalib gəlmişdi.