27 oktyabr 2024. Bazar günü

Emreli Legiya'nı məğlubiyyətdən xilas edə bilmədi


Emreli Legiya'nı məğlubiyyətdən xilas edə bilmədi
Polşa çempionatında 6-cı turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Visla”nın qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:1.
 
Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana buraxılıb. O, bu görüşdə qol vursa da, hakimlər qolun qaydalar çərçivəsində vurulmadığını əsas gətirərək hesaba almayıblar.
 
Altı turdan sonra 6 xalı olan “Legiya” 18 komanda arasında 14-cü pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.






Xəbər news