31 yanvar 2026. Şənbə

Aguero daha nə etməlidir ki, milliyə çağrılsın? - Maradona


Aguero daha nə etməlidir ki, milliyə çağrılsın? - Maradona
Meksikanın Dorados klubunun baş məşqçisi Diego Maradona Manchester City'nin hücumçusu Sergio Agueronun milli komandaya çağırılmamasına münasibət bildirib.

Corner.az-ın xarici KİV-lərə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis millinin çalışdırıcısı Lionel Scalonini buna görə tənqid edib. O, millidə belə məşqçinin işləməsini istəmədiyini bildirib: "Scaloni Agueronu milliyə çağırmamaqla futbola hörmətsizlik etdi. Baxmayaraq ki, o özü heç vaxt yaxşı futbolçu olmayıb. Millimiz üçün belə baş məşqçi istəmirəm. Bilmirəm, Aguero daha nə etməlidir ki, yığmaya çağırılsın?".

Qeyd edək ki, L.Scaloni Venesuela və Mərakeşlə yoldaşlıq matçları üçün açıqladığı heyətə Agueronu daxil etməyib. 





Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO