- Xəbər news
- 22:34 14.11.2024
Polşanın "Legiya" klubunun futbolçusu Mahir Emreli klubun yutub kanalında yayımlanan "Sual vaxtı" rubrikasının qonağı olub.
Corner.az-ın məlumatına görə, 24 yaşlı hücumçusu ona ünvanlanan suallara maraqlı cavabları ilə diqqət çəkib.
"Milan"ın hücumçusu Zlatan İbrahimoviçi öz idealı hesab edən millimizin futbolçusu onunla eyni komandada oynamaq istədiyini də vurğulayıb. O, indiyədək qarşılaşdığı ən məşhur şəxsin hazırda "Real Madrid"də çıxış edən belçikalı yarımmüdafiəçi Eden Hazard olduğunu söyləyib.
Emreli "Legiya"nın ən dəbli futbolçusu kimdir" sualına "Mən" deyə cavab verib.
Azərbaycan mətbəxinin Polşadakından daha yaxşı olduğunu deyən futbolçu ən sevdiyi yeməyin adını da açıqlayıb.
Həmin videonu təqdim edirik.