- Xəbər news
- 01:00 22.01.2026
Manchester City'nin baş məşqçisi Pep Guardiola Juventus'un rəhbərliyi ilə razılaşma əldə etməsinə dair yayılan xəbərlərə münasibət bildirib.
Corner.az BBC-yə istinadən xəbər verir ki, Premyer Liqanın 30-cu turunda Watford üzərində qazanılan qələbədən sonra açıqlama verən təcrübəli mütəxəssis, insanların niyə görə sosial şəbəkələrdə yazılanlara inanmalarını başa düşmədiyini deyib: "Niyə hər kəsin sosial şəbəkələrdə yazılanlara inandığını anlamıram. Eyni zamanda, heç kim mənim agentimə, Manchester City və ya Juventus'un nümayəndələrinə zəng etməyə çalışmır.Massimiliano Allegriyə görə məyusam. Mənim müqaviləm iki il müddətinə nəzərdə tutulub. Mən buranı yalnız qovulacağım təqdirdə tərk edə bilərəm. Yaxın iki ildə Juventus-a keçməyəcəyəm".
Qeyd edək ki, hazırda Manchester City 74 xalla İngiltərə Premyer Liqasına liderlik edir.