28 noyabr 2024. Cümə axşamı

Neftçi'nin keçmiş prezidenti dəfn edildi


Neftçi'nin keçmiş prezidenti dəfn edildi

Sentyabrın 3-də, gecə saatlarında koronavirusdan vəfat edən “Neftçi” klubunun keçmiş prezidenti Aydın İbrahimov dəfn olunub.

Corner.az xəbər verir ki, o, Bakının “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Müdafiə Sənayesi Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının rəsmi şəxsləri iştirak ediblər.

Qeyd edək ki, Aydın İbrahimov 1988-97-ci illərdə “Neftçi”nin prezidenti olub.

A.İbrahimov güləş üzrə iki dəfə dünya çempionatında qızıl medal qazanıb. O, 1963-cü ildə Bolqarıstanda, 1966-cı ildə isə Almaniyada dünya çempionu adına yiyələnib. İbrahimov 1964-cü ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medala sahib çıxıb. Nailiyyətlərinə görə SSRİ-nin əməkdar idman ustası, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim adlarını alıb. O, dünya güləş idman növünün inkişafındakı xidmətlərindən dolayı qızıl medalla təltif edilib. A.İbrahimov bir müddət futbol sahəsində də çalışıb.

Prezident İlham Əliyev 2019-cu ilin sentyabrında Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir