- Xəbər news
- 22:34 14.11.2024
Kamerun milli komandasının və “Barselona”nın sabiq futbolçusu Samuel Etoo federasiya prezidenti olmaq istəyir.
Corner.az xəbər verir ki, 40 yaşlı sabiq hücumçu Kamerun Futbol Federasiyasının prezidenti olmaq üçün namizədliyini irəli sürüb. Lakin Etoonun prezident olmasına ciddi bir maneə olduğu ortaya çıxıb.
Kamerun Futbol Federasiyasının seçim prezidenti Gilbert Şlik Etonun federasiyada rəhbər postu tuta bilməyəcəyini açıqlayıb.O, ikili vətəndaşlığı olan Etoonun prezident olmasının qaydalara zidd olduğunu vurğulayıb.
Etoo həm Kamerun, həm də İspaniya vətəndaşıdır