- Xəbər news
- 22:34 14.11.2024
İrlandiyalı keçmiş futbolçu Toni Kaskarino PSJ-nin hücumçusu Kilian Mbappe haqda fikirlərini bildirib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 59 yaşlı sabiq futbolçu, fransalı futbolçunun inkişaf baxımından hər il gerilədiyini bildirib:
“Şübhəsiz ki, 2018-ci ildə dünya çempionatının qalibi olanda Mbappe dünyanın ən yaxşısı idi.O, vaxt daha fərqli, enerjili idi. İndi isə həmin təsiri göstərə bilmir.
Bəzən inanılmaz işlər görür, meydanda nə qədər yaxşı olduğunu göstərir. Ancaq artıq bunu tez-tez edə bilmir. 22 yaşındadır və bunları tez-tez etməli, meydanda öz sözünü deməlidir. Mbappe üç il əvvələ baxanda bir addım geridə olduğunu düşünürəm”.