3 fevral 2026. Çərşənbə axşamı

Pele əməliyyat olundu


Pele əməliyyat olundu

Braziliya milli komandasının sabiq futbolçusu Pele cərrahi əməliyyat olunub.

Corner.az xəbər verir ki, 80 yaşlı veteran futbolçu, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Pele, əməliyyat yoğun bağırsağındakı şişlə əlaqədar olduğu bildirib:

“Şənbə günü yoğun bağırsaqda şişin aradan qaldırılması üçün əməliyyat olundum. Şiş ötən həftə keçirdiyim müayinə zamanı aşkar edildi”.

Pele gələcəyə nikbin baxdığını, ailəsi və dostlarının əhatəsində olması ilə əlaqədar özünü xoşbəxt hiss etdiyini əlavə edib.

Pele bir neçə gün əvvəl müayinə olunması üçün San-Pauludakı özəl klinikaya yerləşdirilmişdi.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO