27 oktyabr 2024. Bazar günü

Söz verirəm ki, əlimdən gələni edəcəm – yeni nazir


Söz verirəm ki, əlimdən gələni edəcəm – yeni nazir

Azərbaycanın yeni gənclər və idman naziri təyin olunan Fərid Qayıbov Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul olunub.

Corner.az xəbər verir ki, yeni nazir qəbulda bunları deyib:

“Çox sağ olun, cənab Prezident. Əvvəlcə icazə verin, göstərdiyiniz bu etimada, haqqımda deyilən bu sözlərə görə sizə dərin minnətdarlığımı bildirim. Bu, mənim üçün böyük bir şərəfdir. Verdiyiniz tapşırıqlar, tövsiyələr aydın oldu, elə dərhal bu istiqamətdə işləməyə başlayacam. Söz verirəm ki, əlimdən gələni edəcəm. İnanıram ki, sağlam cəmiyyətdə yaşayan Azərbaycan gəncləri yaxın gələcəkdə də öz yeni uğurları ilə, idmançılarımız isə yeni qələbələri ilə, cənab Prezident, sizi və Azərbaycan xalqını sevindirəcəklər. Çox sağ olun”.







Xəbər news