27 oktyabr 2024. Bazar günü

Yaponiya klublararası dünya çempionatından imtina edir


Yaponiya klublararası dünya çempionatından imtina edir

Yaponiya Futbol Assosiasiyası (JFA) bu il keçirilməli olan futbol üzrə klublararası dünya çempionatında ev sahibliyindən imtina etmək qərarına gəlib.

Corner.az "Kyodo News"a istinadən xəbər verir ki, buna səbəb ölkədə koronavirusun yayılması ilə əlaqədar məhdudiyyətlərin tətbiqi olub.

Assosiasiya FIFA-nı bunula bağlı məlumatlandırıb və tərəflər hazırda məsələni müzakirə edirlər.

Qeyd edək ki, mundialın 9 - 19 dekabrda təşkli nəzərdə tutulub. JFA daha əvvəl qurumun 100 illik yubileyi ilə əlaqədar yarışa ev sahibliyi etmək istəyib.







Xəbər news