24 mart 2026. Çərşənbə axşamı

Maçtlardan sonra pivə içirəm - Fiorentina'nın futbolçusu


Maçtlardan sonra pivə içirəm - Fiorentina'nın futbolçusu

"Klubda bizim üçün xüsusi menyu hazırlayan şəxs var. Mən onun tövsiyə etdiklərini yeməyə çalışıram. Amma "fast food" və “McDonalds” yeməklərini də sevirəm".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Fiorentina"nın futbolçusu Aleksandr Kokorin klubun rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı rusiyalı hücumçu pivəni xoşladığı sözlərini də əlavə edib: "Amma digər spirtli içkiləri bəyənmirəm. Bəzən matçlardan sonra pivə içirəm. Arağı sevmirəm. Əcnəbilər rusların daha çox arağı xoşladığını düşünür. Amma belə deyil. Əlbəttə ki, arağı sevirsənsə, içirsən. Rus və ya italyan olmağın fərqi yoxdur. İtaliyada axşam yeməyində bir stəkan şərab içməyin normal olduğunu gördüm".







Xəbər news