- Xəbər news
- 22:11 05.12.2025
UEFA prezidenti Aleksander Çeferin Super Liqa yaratmaq cəhdlərinə görə “Real Madrid", “Barselona" və “Yuventus” klublarının rəhbərliyini tənqid edib.
Corner.az ya istinadən xəbər verir ki, 53 yaşlı qurum rəhbəri bunları söyləyib:
"Onların yeni turnir yaratmaq, eyni zamanda bu mövsümdə Çempionlar Liqasında oynamaq istəmələri çox məzəli idi. Hər üç klubda rəhbərlik səriştəsizdir. Bu rəhbərlər futbolu öldürməyə çalışırdılar"
Qeyd edək ki, aprelin 19-da İngiltərənin "Mançester Yunayted", "Liverpul", "Mançester Siti", "Arsenal", "Çelsi", "Tottenhem", İspaniyanın "Barselona", "Real Madrid", "Atletiko", həmçinin İtaliyanın "İnter", "Milan" və "Yuventus" klubları Super Liqanın yaradıldığını elan ediblər. Lakin klubların əksəriyyəti sonrakı yarışdan çıxdıqlarını açıqlayıblar.