28 noyabr 2024. Cümə axşamı

Pele: Tezliklə yenidən birlikdə olacağıq


Pele: Tezliklə yenidən birlikdə olacağıq

Braziliya yığmasının əfsanəvi futbolçu Pele yoğun bağırsağında şişin cərrahi əməliyyatla kəsilməsindən sonra son vəziyyətindən danışıb.

Corner.az xəbər verir ki, bu barədə 80 yaşlı veteran futbolçu özünün "İnstaqram" hesabında yazıb.

"Mənim dostlarım, hər gün özümü bir az yaxşı hiss edirəm. Səbirsizliklə yenidən oynamaq imkanını gözləyirəm, amma hələ bir neçə gün ərzində bərpa olunmağa davam edəcəyəm.

Hələlik burada ailəmlə danışmaq və istirahət etmək imkanından istifadə edirəm. Sevgi dolu mesajlarınıza görə bir daha sağ olun. Tezliklə yenidən birlikdə olacağıq!" - sabiq futbolçu instaqramda yazıb.

Xatırladaq ki, əfsanəvi braziliyalı sentyabrın 6-da cərrahi əməliyyat olunub.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir