- Xəbər news
- 22:34 14.11.2024
Polşa çempionatında 6-cı turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Slask”ın qonağı olub. Futbolçumuzun komandası bu oyunda minimal hesablı məğlubiyyətlə ayrılıb – 0:1.
Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana buraxılıb.
Yeddi turdan sonra 6 xalı olan “Legiya” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.